Piyadanı maşın vurub öldürdü 

23:49 19.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Hafta.az "Report"a istinadən xəbər verir ki, köhnə Ələt-Astara avtomobil yolunun şəhərindən keçən hissəsində Biləsuvar şəhər sakini, 1973-cü il təvəllüdlü Qasımov Qardaşəli Malik oğlunu "VAZ-2106" markalı minik avtomobili vurub.

 

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.